Sandu: Moskva Kişinyova qarşı qeyri-dost münasibət bəsləyirbackend

Sandu: Moskva Kişinyova qarşı qeyri-dost münasibət bəsləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Moldovanın Avropa İttifaqına daxil olmasına mane olmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu “Jurnal” telekanalının efirində bildirib.

Sanduya görə, Kreml Moldovanı boz zonada saxlamaq istəyir ki, ölkə sakinləri Avropaya inteqrasiyada iştirakdan qorxsunlar.

Prezident bildirib ki, Moldova Rumıniya və Balkan ölkələri ilə yanaşı Avropa İttifaqına üzv olmaq fürsətini əldən verib, ona görə də artıq vaxt itirməyə ehtiyac yoxdur.

Maya Sandu qeyd edib ki, Moldova hakimiyyəti əməkdaşlığa qarşı olmasa da, Moskva Kişinyova qeyri-dost münasibət bəsləyir.

“Biz Rusiyanın Moldovaya hörmət etməsini, vətəndaşlara və onların seçiminə hörmət etməsini istəyirik. Biz demokratik ölkəyik, burada insanlar nə edəcəyinə, hara gedəcəyinə, kiminlə əməkdaşlıq edəcəyinə qərar verir”, – deyə dövlət başçısı bildirib.