Sarkisyan Ayvazyanı vəzifəsindən azad etdibackend

Sarkisyan Ayvazyanı vəzifəsindən azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın vəzifəsindən azad edilməsi ilə bağlı fərman verib.

NOCOMMENT.az -ın “Sputnik Armeniya”ya istinadən məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də istefa verdiyini açıqlamışdı. Onun ardınca isə müavini Qaqik Qalatsyan, mətbuat katibi Anna Naqdalyan da istefaya gedib.
Qafqazinfo