Sarkisyan daha çox səlahiyyət istəyirbackend

Sarkisyan daha çox səlahiyyət istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Prezidenti Armen Sarkisyan səlahiyyətlərinin artırılmasını istəyib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Sarkisyan parlamentlə prezident institutu arasında balans yaradılması gərəkdiyini bildirib.

“Hesab edirəm ki, əgər biz parlament ölkəsi olaraq qalacağıqsa, prezident gərək xalq tərəfindən seçilsin. Bizim ölkədə bütün vəzifələrə təyinat parlament tərəfindən aparılır, bəs balans haradadır?”, – deyə o söyləyib.

Qeyd edək ki, Ermənistan konstitusiyasına əsasən, Ermənistanda prezident parlament tərəfindən seçilir.