Seçkilərin ikinci turu üçün xaricdə verilən səslər Ankaraya gəldibackend

Seçkilərin ikinci turu üçün xaricdə verilən səslər Ankaraya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xarici nümayəndəliklərdə istifadə edilən səsləri daşıyan təyyarə Ankaraya eniş edib.

NOCOMMENT.az xəbər verir ki, xarici nümayəndəliklərdə səsvermə prosesi başa çatdıqdan sonra Türkiyə vətəndaşlarının Avropada yaşadığı ölkələrdə verilən səslər icarəyə götürülmüş 3 təyyarə ilə Türkiyəyə gətirilib.

Bu çərçivədə Türk Hava Yollarının “Çatalhöyük” adlı ilk təyyarəsi saat 19.15-də Esenboğa Hava Limanına eniş edib.

Təyyarədən götürülmüş təxminən içərisində 500 min səs olan möhürlənmiş çuvallar səlahiyyətlilər tərəfindən gözləyən yük maşınlarının üzərinə qoyulub və protokol qeydə alınıb.

NOCOMMENT.AZ