Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb?backend

Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıblar? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıblar.

NOCOMMENT xəbər verir ki, bu barədə sfera.az məlumat yayıb. Qeyd olunub ki, sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək sərəncama götürülüblər.

Xatırladaq ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılmışdı. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Gelandewagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə – “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?”, – dediyi görünüb.