Şəhid qardaşını təxribata çəkmək istədilər- DETALLARbackend

Şəhid qardaşını təxribata çəkmək istədilər – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sənana şəhid qardaşının sığorta pulu, dəfn pulu və Heydər Əliyev Fondundan yardım verilib. Sənan və Səbuhinin bank borcları bağlanıb.

“Forma pulu” və Səbuhinin qalıq maaş, məzuniyyət pulunun verilməsilə bağlı sənədlər hazırlanır. Yas mərasimi zamanı tiktoker və blogerlərin topladığı pullar onlardan geri alınaraq Sənana verilib. Bir dostumuz kirayə puluna kömək edir.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Sənan Əhmədova ilk gündən dəstək olan Elyar İslamoğlu məlumat verib.

Onun sözlərinə görə, hazırda Sənanın ev və iş problemi qalır: “Ev məsələsi də tezliklə həll ediləcək. Sənan “Kontakt Home”un anbarında fəhlə işləyir. Ümid edirəm ki, ona uyğun normal bir işlə də təmin olunacaq”.

E.İslamoğlu qeyd edib ki, Sənanı xaricdən maliyyələşən dini qruplar ələ almağa çalışıblar: “Hansı ki, həmin dini qruplar dövlətin əleyhinə işlər aparır, onlara qrant verən xarici ölkəni müdafiə edirlər. Radikal qruplar baş verənləri və dövlət əleyhinə danışması üçün çox böyük məbləğdə pullar təklif edirdi. O, ölkəmiz, dövlətimiz üçün davamlı təxribat edən bir neçə canlı yayıma dəvət olunurdu, müsahibələr verməsi üçün təkid edilirdi. Sənana zəng edənlər olmuşdu ki, gedək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşaq, vurub-dağıdaq.

O, yeganə ailə üzvü olan qardaşının itkisi ilə barışmadığı və özünə qarşı baş verənlərin dözülməzliyindən bezərək iki dəfə intihara cəhd etdi. Təəccüblüsü odur ki, bütün bunların baş verə biləcəyi əvvəldən bilinirdi. Sənan maarifləndirilməliydi, hüquqları izah edilməliydi, ondan sui-istifadə edilməsinin, təxribatçı qrupların onunla işbirliyinə girişməsinin qarşısı alınmalıydı”.

“Biz dövlətimizi mandat, vəzifə, ev, mükafat, fəxri fərman, medal üçün sevmirik, bizim sevgimiz təmənnasızdır. Dövlətini təmənnasız sevənlər Sənana bütün bu təxribatlardan da üzüağ çıxmağa kömək etməliydi və biz vətəndaşlıq borcumuzu yerinə yetirərək bunu etdik”, – deyə E.İslamoğlu əlavə edib.