Şəhidin nəşi 30 il sonra Xocavənddə tapıldı – FOTObackend

Şəhidin nəşi 30 il sonra Xocavənddə tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1993-cü ildə Qarabağ müharibəsində itkin düşən Əli Heydər oğlu Hüseynovun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Əlli Hüseynovun qardaşı oğlu, jurnalist Tağı Türk feysbukda məlumat yayıb.

Onun sözlərinə görə, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb.

Qeyd edək ki, Əli Heseynov 1993-cü ilin avqustun 5-dən 6-a keçən gecə Füzuli rayonunda yerləşən Murquzlu adlanan ərazidə döyüş zamanı itkin düşüb.

O, göstərdiyi qəhramanlığa görə döyüşçülər arasında “Ujas” ləqəbi ilə tanınıb.