“Rayonlara gediş-gəliş, evdə qalmaq məcbur verilmiş qərardır. Əgər hiperdinamiya olacaqsa, bunun çarəsinə bir şəkildə baxılmalıdır. Evdə xüsusi idman hərəkətləri etmək mümkündür”.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
R.Bayramlı qeyd edib ki, xəstəlik lokallaşdırılmasa infeksiya daha çox əraziyə yayılmış olacaq. Onun sözlərinə görə nə qədər erkən normal həyata qayıtsaq o qədər sağlamlığımız üçün xeyirlidir. TƏBİB sədri həmçinin rentgendə ağciyərində “buz kristalı” çıxan 600-dən çox müalicə alan xəstələrin olduğunu qeyd edib. Həmin xəstələr də koronavirus xəstəsi kimi müalicə alır.
R.Bayramlı artıq serioloji testlərin edilməsinə başlanıldığını da vurğulayıb.
Onun sözlərinə görə yeganə doğru üsul PCR üsuludur. Bunun da cavabı 4-8 saat və ya 24 saata kimi çəkə bilər.










