Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb.
NOCOMMENT.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 231154 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225246 nəfər müalicə olunaraq sağalıb, 3158 nəfər vəfat edib, aktiv xəstə sayı 2750 nəfərdir.













