Azərbaycanda 4 268 yeni yoluxma qeydə alındı – 43 nəfər öldü

Azərbaycanda 4 268 yeni yoluxma qeydə alındı – 43 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 4 085 nəfər müalicə olunaraq sağalıb və 43 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 171 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 107 635 nəfər müalicə olunaraq sağalıb, 1 883 nəfər vəfat edib, aktiv xəstə sayı 61 905 olub.