Azərbaycanda koronavirusa 1 519 yeni yoluxma qeydə alınıb

Azərbaycanda koronavirusa 1 519 yeni yoluxma qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 519 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər vəfat edib, 4 471 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2 499 nəfər vəfat edib. Hazırda 43 241 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 764, bu günə qədər isə ümumilikdə 2 153 562 test icra olunub.