Azərbaycanda koronavirusa yoluxma 2 dəfə azaldı, son sutka ərzində 195 yeni yoluxma faktı qeydə alındı.
NOCOMMENT.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.
Qeyd edək ki, ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib.
Xatırladaq ki, ölkə üzrə hazırda 3 927 aktiv xəstə var.












