Bakıda, Hilton Hotelində Türkiyə-Azərbaycan Anesteziologiya və Reanimasiya, Ağrı Workshop Günləri keçirilir
NOCOMMENT.az xəbər verir ki, sentyabrın 10-dək baş tutan seminar TARD (Türkiyə Anestezioloji ve Reanimasyon Dernegi) və AzRAC (Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin) təşkilatşılığı ilə həyata keçirlir.
İki gün davam edəcək seminarın koordinatorları Dr.Meral KARBAK və Dr.Cavid Paşayevdir.
Tədbirin ilk günü 8 panel üzrə 43 yerli və Türkiyədən gəlmış moderatorlar anezteziologiya və reanimasiya haqqında məruzələrlə çıxış edəcəklər.
Tədbirin ikinci günü Aşağı Axın Anesteziya Kursu və Ultrasəs ilə Preferik Blok Tətbiqi haqqında praktik dəsrlərlə tamamlanacaq.
Qeyd edək ki, seminar ilə bağlı təşkilatı dəstək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TİKA (T.C. Kültür və Turizm Bakanlığı) TƏBİB (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi), İcbari Tibbi üzrə Dövlət Agentliyi, Referans, Mindray, BATIGÖZ, MEDAZ tərəfindən baş tutub.














