Avropada cinsi yolla keçən infeksiyaların (zöhrəvi xəstəliklər) yayılmasında rekord artım qeydə alınıb. Bu barədə Avropa Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzinin (ECDC) dərc etdiyi son hesabatda xəbərdarlıq edilir.
NOCOMMENT.az xəbər verir ki, rəsmi statistikaya əsasən, qonoreya (süzənək) xəstəliyinə yoluxma halları iki min on beşinci illə müqayisədə 303 faiz artaraq yüz altı min üç yüz otuz birə çatıb. Sifilis (frengi) xəstəliyində də bənzər acınacaqlı vəziyyət yaşanır; belə ki, qeydə alınan yoluxma sayı iki qat artaraq qırx beş min beş yüz əlli yeddini keçib.
Mərkəzin analitiklərinin qənaətinə görə, Avropada bu xəstəliklərin partlayış həddinə çatmasının əsas səbəblərindən biri tibbi testlərin aparılmasında və profilaktik tədbirlərdə yaranan ciddi boşluqlardır.
Hesabatda o fada qeyd olunur ki, Avropa İttifaqı ölkələri arasında virusun ən geniş yayıldığı və rekord vurduğu dövlət İspaniyadır. Belə ki, təsdiqlənmiş qonoreya hallarının otuz yeddi min yüz altmış doqquzu, sifilis hallarının isə on bir min beş yüz əlli altısı məhz bu ölkənin payına düşüb.
Sara,
NOCOMMENT.az











