Azərbaycanda son sutkada 2342 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 527, ikinci doza vaksinlərin sayı 175 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 382-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 793 947 təşkil edir.











