Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son gündə koronavirus əleyhinə 18 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 6 təşkil edib. İkinci doza vaksinasiya qeydə alınmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 8-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 805 249 təşkil edir.