Azərbaycanda son gündə koronavirus əleyhinə 2 195 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 213 təşkil edib.
Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 368 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 237 nəfər olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 820 206 təşkil edir.











