Azərbaycanda son sutkada 1 453 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 249, ikinci doza vaksinlərin sayı 200 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 864-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 140 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 851 752 olub.











