Azərbaycanda son sutkada 1 301 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 244, ikinci doza vaksinlərin sayı 176 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 738-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 143 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 854 508 olub.











