Azərbaycanda son sutkada 1 677 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 320, ikinci doza vaksinlərin sayı 312 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 890-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 155 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 858 788 olub.











