Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1 290 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 235, ikinci doza vaksinlərin sayı 184 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 734-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 137 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 861 686 olub.