Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 304 nəfər aşılanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 55 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 134-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 926 542 olub.