Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 307 nəfər peyvəndlənib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 120, ikinci doza vaksinlərin sayı 36 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 121-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 30 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 927 125 olub.