Azərbaycanda son sutkada 513 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 201, ikinci doza vaksinlərin sayı 109 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 181-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 22 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 928 983 olub.












