Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 365 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 158, ikinci doza vaksinlərin sayı 79 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 110-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 18 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 930 256 olub.