Səhiyyə Nazirliyi tələbələrə MÜRACİƏT ETDİ

Səhiyyə Nazirliyi tələbələrə MÜRACİƏT ETDİ

Ölkə daxilində və xaricdə yerləşən ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə digər təhsil müəssisəsinə köçürülməsi məsələləri ilə bağlı müraciətlər müvafiq sənədlərlə birgə 1 iyul 2022-ci il tarixinə kimi Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinə təqdim olunmalıdır.

Bu barədə NOCOMMENT.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tələbələrin köçürülməsi ilə bağlı Azərbaycan Təhsil Nazirliyinin rəsmi internet səhifəsində www.transfer.edu.az portalında tətil dövründə müəyyən edilmiş müddətdə qeydiyyatdan keçmək və sənədləri elektron formada təqdim etmək üçün elan yerləşdiriləcək. Müəyyən ediləcək müddətdə www.transfer.edu.az portalına elektron ərizə ilə müraciət edilmədiyi halda köçürülmə məsələsinə baxılması mümkün olmayacaq.

Tələbələrin ali və orta təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tələb olunan sənədlər