Son gün ərzində peyvənd olunanların sayı açıqlanıb

Son gün ərzində peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 754 nəfərdir.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 təşkil edir.