Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif proqram təminatları və rəqəmsal platformalar üçün lisenziyaların satın alınması məqsədilə keçirdiyi tender ləğv olunub.
NOCOMMENT.az xəbər verir ki, qurumun "Microsoft", "Adobe", "Zoom" və "Canva" kimi lisenziyaların yenilənməsi və satın alınması üçün ayırdığı vəsaitin ehtimal olunan qiyməti 245 min 813 manat təşkil edirdi.
Sözügedən satınalma müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq rəsmi qərarı ilə dayandırılıb.
Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Anar Bayramovdur./32gun.az/











