Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi Feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, T.Yaqublu Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına (hazırki Binəqədi Tibb Mərkəzi) yerləşdirilib.