Türkiyədə qəribə qızdırma xəstəliyi yayılır

Türkiyədə qəribə qızdırma xəstəliyi yayılır

Türkiyənin Yozqat şəhərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi (Crimean-Congo hemorrhagic fever) səbəbindən ölüm qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, Akdağmadeni rayonunda 82 yaşlı N.E. qızdırma, qusma və halsızlıq şikayətilə xəstəxanaya müraciət edib.

ö
O, sözügedən xəstəlik şübhəsilə müalicə gördüyü tibb müəssisəsində həyatını itirib.
Qeyd edək ki, Türkiyənin Malatya, Ərzurum, Sivas, Çorum kimi şəhərlərində də gənə dişləməsi ilə yoluxan bu qızdırma xəstəliyindən ölüm qeydə alınıb.