Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub oldubackend

Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü – “Meltvater” turnirinin ikinci yarış gününün oyunları keçirilir.

NOCOMMENT.az xəbər verir ki, yeddinci turda qara fiqurlarla Maqnus Karlsenə qarşı mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya çempionuna məğlub olub. Şahmatçımız bu gün ilk qarşılaşmasında ağ fiqurlarla oynadığı FİDE təmsilçisi Alireza Firuzcaya da uduzub. O, növbəti 3 oyununu isə ispaniyalı David Anton Quixarro, isveçli Nils Qrandelius və niderlandlı Aniş Giriyə qarşı keçirəcək.

Turnirdə mübarizə aparan digər şahmatçımız Teymur Rəcəbov isə amerikalı Hikaru Nakamura və niderlandlı Yorden Van Forestlə oyunlarını heç-heçə ilə başa vurub. Şahmatçımız növbəti oyunları fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi Alireza Firuzca, son qarşılaşması isə norveçli Maqnus Karlsen ilə baş tutacaq. T.Rəcəbov dünya çempionuna qarşı ağ fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, bir gün əvvəl keçirilmiş qarşılaşmalar hər iki şahmatçımız üçün uğurlu olub. Belə ki, startda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Şəhriyar Məmmədyarov növbəti iki oyunları iki heç-heçə, bir qələbə və bir məğlubiyyətlə başa vurub.

Digər təmsilçimiz Teymur Rəcəbov isə ilk dörd turu heç-heçə ilə başa vurub, sonuncu turda qələbə qazanıb. / Teleqraf.com