Şəkidə 6 yaşlı uşaq öldü – TƏBİB-dən açıqlaqmabackend

Şəkidə 6 yaşlı uşaq öldü – TƏBİB-dən açıqlaqma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB Şəkidə 6 yaşlı uşağın ölüm səbəbini açıqlayıb.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, valideynlərinin söylədiyinə görə, 2023-cü il dekabr ayının son günlərindən Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşlarında öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri olub.

Qeyd olunub ki, hər iki uşaqla bağlı 03.01.2024-cü il tarixində saat 15:16 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub, ətraflı laborator, diaqnostik müayinələr aparılıb, xəstəyə venadaxili infuziya inhalyasiya olunub, Yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

05.01.2024 tarixində saat 16:00 radələrində Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağırlaşıb. Xəstəyə pediatrın, reanimatoloqun baş həkimlə birgə baxışı keçirilib, əlavə müayinələr, qan analizləri aparılıb, Reanimasiya şöbəsinə köçürülüb. Müşahidələr və müalicələr davam etdirilib. Pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, azyaşlı 6 yanvar tarixində saat 05:50 radələrində ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib.

Qardaşı Məmişov Əli İsmayıl oğlu 03.01.2024-cü il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib, xəstə ilk yardım və müayinələrdən sonra Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti orta ağır olub. Xəstənin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıblar, daha sonra yenidən təcili yardım bölməsinə gətiriblər.

Təcili yardım bölməsində xəstəyə yenidən ixtisaslı həkim müayinələri, laborator analizləri və tibbi yardımlar göstərilib, xəstə orta ağır stabil vəziyyətdə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

Qeyd edək ki, Şəkinin Sarıca kəndinin tibb məntəqə rəhbəri azyaşlının ailə üzvləri ilə uşaqlarının peyvəndə cəlb olunması zərurəti ilə əlaqədar dəfələrlə profilaktik söhbətlər aparıb, ancaq valideynlər peyvənddən imtina ediblər və bu barədə izahatları da alınaraq sənədləşdirilib.