Seneqalda quş qripi aşkarlandıbackend

Seneqalda quş qripi aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalda 2 fermada quş qripi epidemiyasının baş verdiyi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qərargahı Parisdə yerləşən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) məlumat yayıb.

Açıqlamada, 2 epidemiyanın böyük ehtimalla bir-biri ilə əlaqəli olduğu qeyd edilib.

“Langue de Barbarie” Milli Parkının martın 25-də verdiyi açıqlamada, 8-24 mart tarixləri arasında parkda 891 quş qripi faktının qeyd olunduğu bildirilib.