Serbiya müxalifəti Belqradda 24 saatlıq mitinq elan edibbackend

Serbiya müxalifəti Belqradda 24 saatlıq mitinq elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasını dəstəkləyən tələbələr Belqradın əsas yollarının bağlanması ilə gündəlik mitinq elan ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiyanın N1 telekanalı məlumat yayıb.

Yovan Bieliç adlı fəallardan birinin jurnalistlərə verdiyi məlumata görə, onlar dekabrın 29-da saat 12:00-dan (Moskva vaxtı ilə 14:00) etiraz aksiyası təşkil etmək istəyirlər. Etirazçılar əvvəlcə magistral yolları bağlamağı, daha sonra isə Serbiya paytaxtının mərkəzinə toplaşmağı planlaşdırırlar.

Dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları səsvermənin nəticələrinə yenidən baxılması üçün demək olar ki, hər gün aksiyalar təşkil edirlər.