Serbiya prezidentinin oğlu koronavirusa yoluxdubackend

Serbiya prezidentinin oğlu koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, onun oğlu koronavirus xəstəsidir.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısı özünün İnstaqarmdakı rəsmi hesabında yazıb.

“Nə vaxt ki, bütün bunlar başlandı, mənim Danilom dedi ki, təslim olmaq variant deyil. Mənim birinci övladım koronavirusa yoluxub, onu yoluxucu xəstəxanaya qəbul etdilər. Oğul, sən buna qalib gələcəksən. Ata səni sevir və hamı səni sevir”, – deyə Vuçiç öz hesabında yazıb.

Dövlət başçısı paylaşıma gənc oğlunun fotosunu da əlavə edib.

Qeyd edək ki, Serbiyada koronavirus qurbanlarının sayı 65 nəfər təşkil edir. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 2 666 nəfərdir.