Sərhəd buna görə açılmır: Ölkəmizə qarşı böyük dəstələr yaradılıbbackend

Sərhəd buna görə açılmır: Ölkəmizə qarşı böyük dəstələr yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan həqiqətən hədəfdədir və Rusiyada ölkəmizə qarşı böyük dəstələr yaradılıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, belə bir sensasiyalı bəyanatla keçmiş DTX zabiti Ərəstun Oruclu çıxış edib.

O bildirib ki, bu diversant dəstələri azərbaycanlılardan yaradılıb: “Özümüzü aldatmayaq ki, azərbaycanlı bunu etməz… Tərtər hadisələri zamanı o vəhşilikləri azərbaycanlı zabitlərin törətdiyini unutmayın. Rusiyanın şəhərlərinin birində bir azərbaycanlı – vaxtilə Azərbaycanın Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət etmiş, hətta bir mərhələdə az qala Azərbaycanın müdafiə naziri ola biləcək şəxs – azərbaycanlıları toplayaraq xüsusi dəstələr yaradır. Onlara təlim keçirlər. Yerinə qədər bilirəm. Rusiyadan İrana da aparılır və orada da təlim keçirlər. İrandan səslənən çağırışları da bilirik.

Ancaq sərhədi bağlamaq bu vəziyyəti çözürmü, təhlükəni sovuşdururmu? Xeyr, sovuşdurmur”.