“Quru sərhəddin bağlı qalmasının ziyanı daha çoxdur” – Qulamhüseyn Əlibəylibackend

“Quru sərhəddin bağlı qalmasının ziyanı daha çoxdur” – Qulamhüseyn Əlibəyli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesab edirəm ki, Azərbaycan quru sərhədlərinin bağlı qalması ilə bağlı qərarını iyul ayından sonra da davam etdirəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli quru sərhədlərin bağlı qalmasının siyasi tərəflərini izah edərkən deyib.

Şərhçi quru sərhədlərin bağlı qalmasının heç bir məntiqi izahının olmadığını əlavə edib:

“Bütün dünyanın quru sərhədləri açıqdır, hamı bir-birinə gedib-gəlir. Amma Azərbaycan səbəbini də izah etmədən quru sərhədlərin bağlı qalmasını uzadır. İndi də qərar iyun ayına kimi verilib. Bu iqtisadi cəhətdən də Azərbaycana ziyandır. Azərbaycanın Gürcüstan, Rusiya, İranla quru sərhədlərinin bağlı qalmasını izah etmək bir o qədər də asan deyil. Əgər təhlükəsizlik mülahizələrinə görə olursa, təyyarə ilə də gələ bilərlər”.

Qulamhüseyn Əlibəyli hesab edir ki, məsələyə iyul ayında yenidən baxa bilərlər:

“Oturub fikirləşə bilərlər ki, quru sərhədlərin bağlı qalmasının Azərbaycana ziyanı çoxdur, yoxsa açıq qalması Azərbaycana xeyi çoxdur. Düşünürəm ki, quru sərhəddin bağlı qalmasının ziyanı daha çoxdur”.