Sərt karantin rejimi nə vaxt yumşaldılacaq? – Operativ Qərargahdan AÇIQLAMAbackend

Sərt karantin rejimi nə vaxt yumşaldılacaq? – Operativ Qərargahdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronvirusa yoluxanların sayı günbəgün azalmaqda davam edir. Gündəlik yoluxanların sayındakı azalma sərt krantin rejimində yumşalmalara gedilməsi ilə bağlı fikirlər ortaya çıxarır.

Hətta yanvarın 18-dən sonra yumşalmaların olacağı ilə bağlı fikir səsləndirənlər də az deyil. Bəs, həqiqətən, yanvarın 18-dən sonra Azərbaycanda sərt karantin rejimində yumşalmalar olacaqmı?

NOCOMMENT xəbər verir ki, bununla bağlı sonxeber.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: “Hazırda yanvarın 18-nə kimi ölkədə sərt karantin rejimi tətbiq edilir. Sərt karantin rejimi ilə bağlı hər hansı məlumat çıxarsa, tərəfimizdən bu barədə ictimaiyyətə məlumat veriləcək”.