Sərxoş halda maşın sürən şəxs həbs olundubackend

Sərxoş halda maşın sürən şəxs həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən şəxs inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az -a verilən xəbərə görə, dekabrın 18-də saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində “VAZ-21061” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdasları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Sürücü Ağsu rayon sakini Qafqaz İmaməliyevin sərxoş vəziyyətdə və sürücülük hüquq olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs olunub.