İtaliyada sərxoş vəziyyətdə avtomobil sürməyin qarşısını almaq üçün “pulsuz taksi layihəsi” sınanırbackend

İtaliyada sərxoş vəziyyətdə avtomobil sürməyin qarşısını almaq üçün “pulsuz taksi layihəsi” sınanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını almaq və ölkə daxilində ölümlə nəticələnən yol qəzalarını azaltmaq üçün pulsuz taksi xidməti layihəsi sınaqdan keçirilir.

NOCOMMENT.az xəbər verir ki, İtaliyanın 6 bölgəsində başlayan və hələ sınaq mərhələsində olan layihə çərçivəsində spirtli içki aludəçilərinə sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını almaq üçün pulsuz taksi xidməti təklif edilir.

Layihədə, xüsusilə gecə klublarından çıxan insanlara tətbiq edilən spirt testində səviyyənin qanuni həddi aşdığı müəyyən olunarsa, taksi çağırılaraq təhlükəsiz şəkildə evlərinə aparılmaları istənilir.

İtaliyanın baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini tərəfindən dəstəklənən layihənin sınaqları sentyabrın ortalarına qədər davam edəcək.

NOCOMMENT.AZ