Səudiyyə Ərəbistanı: Bu il 150 ölkədən 1,8 milyon insan zəvvar oldubackend

Səudiyyə Ərəbistanı: Bu il 150 ölkədən 1,8 milyon insan zəvvar oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı COVID-19 pandemiyasından sonra ilk məhdudiyyətsiz həcc mövsümündə 150 ​​ölkədən 1,8 milyon insanın zəvvar olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Həcc və Ümrə Naziri Tofiq Er-Rabia mövzu ilə əlaqədar mətbuat konfransı təşkil edib.

Bu il 150 ölkədən zəvvarların sayının 1 milyon 845 min nəfərə çatdığını ifadə edən Rabia, ümumi zəvvar sayından 184 min 130 nəfərinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Statistika İnstitutu da bu il zəvvarlara aid məlumatları açıqlayıb.

Yazılı açıqlamaya görə, ölkə daxilindən 184 min 130, ərəb ölkələrindən 346 min 214, Asiya ölkələrindən 1 milyon 56 min 317, Afrikadan 221 min 863 nəfər, Avropa, Amerika, Avstraliya və digər ölkələrdən 36 min 521 zəvvar müqəddəs torpaqlara həcc ziyarəti edib.

NOCOMMENT.AZ