Səudiyyə Ərəbistanından Ümrə məhdudiyyətibackend

Səudiyyə Ərəbistanından Ümrə məhdudiyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayında hər kəsə yalnız bir dəfə ümrə ziyarətinə icazə veriləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Nazirlik bu qərarın Ramazan ayında daha çox insanın ümrə ziyarətinə getməsinə şərait yaratmaq məqsədilə qəbul edildiyinə diqqət çəkib.

Nazirlik ümrə ziyarəti üçün icazə alınmalı olduğunu bildirib.

Səudiyyə Ərəbistanı vətəndaşlarının, Səudiyyə Ərəbistanında yaşamaq icazəsi olanların və aktiv vizası olan əcnəbilərin isə  ümrə ziyarətinə icazə verildiyini bildirib.

NOCOMMENT.AZ