Siciliyadakı Etna vulkanı tüstü halqaları buraxıb – VİDEObackend

Siciliyadakı Etna vulkanı tüstü halqaları buraxıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YUNESKO-nun irs siyahısına daxil edilmiş Avropanın ən böyük Etna vulkanı tüstü halqaları buraxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “BBC” telekanalı məlumat yayıb.

Vulkanın kraterindən çıxan burulğan halqalarının kifayət qədər nadir hadisə olduğu qeyd edilir. Onlar demək olar ki, tamamilə su buxarından ibarətdir ki, bu da vulkanın daxilindəki maqmadan suyun buxarlanması zamanı əmələ gəlir. Onların tərkibində tüstü və qaz da var.

Daha əvvəl İslandiyada National Geographic pilotsuz uçan aparatı püskürən vulkanın lavasının qar sahələrini necə əhatə etdiyini lentə almağı bacarmışdı. Vulkan püskürməsi nəticəsində yaranan lava əsas isti su borularını zədələdikdən sonra İslandiyada fövqəladə vəziyyət elan edilib.