Şimal axını-nın partlayışına dair araşdırma – Rusiya narazıdırbackend

Şimal axını-nın partlayışına dair araşdırma – Rusiya narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski “Şimal axını” qaz kəmərlərinə ziyan vuran 2022-ci il partlayışları ilə bağlı araşdırmanı “tamamilə qeyri-qənaətbəxş” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, hadisə ilə bağlı məsələ cəzasız qalmamalıdır:

“Biz bu gün bir daha Təhlükəsizlik Şurasının üzvlərinin diqqətini 2022-ci ilin sentyabrında baş vermiş “Şimal axını 1 və 2” təxribatının təhqiqatı ətrafında tamamilə qeyri-qənaətbəxş vəziyyətə cəlb etmək istəyirik. Beynəlxalq sularda infrastruktur obyektlərinin məhv edilməsinin cəzasız qalması ilə razılaşmırıq. Buna görə də, biz “Şimal axını”nın təxribatının beynəlxalq təhqiqatının aparılması üçün səyləri yeniləmək və müvafiq təkliflərlə çıxış etmək hüququnu özümüzdə saxlayırıq.”

Xatırladaq ki, fevralda Danimarka “Şimal axını” partlayışları ilə bağlı təhqiqatları bitirdiyini, hadisənin təxribat olduğunu, lakin cinayət işinin davam etdirilməsi üçün kafi əsasların olmadığını bildirib.