Şimali Koreya lideri Kim Çendən nüvə mesajıbackend

Şimali Koreya lideri Kim Çendən nüvə mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In hərbi heyəti ilə görüşündə ölkənin nüvə potensialının tez və praktiki şəkildə genişləndirilməsinin vacibliyini bildirib.

NOCOMMENT xəbər verir ki, Kim Pxenyanın “rəqib ölkələrin artan hərbi təlimləri ilə qarşılaşmasından” sonra Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyası ilə görüş keçirdi.

Bildirilib ki, Kim Komissiya üzvləri ilə ölkəsinin müharibəyə hazırlığını müzakirə edib və nüvə potensialını artırmalı olduqlarını deyib. Son həftələrdə Şimali Koreyanın silah sınaqlarına cavab olaraq ABŞ və Cənubi Koreyanın artan hərbi manevrlərinin qapalı dairəyə çevrildiyi və gərginliyi artırdığı vurğulanıb.

Digər tərəfdən, bütün bunları işğal məşqləri kimi xarakterizə edən Şimalın Seul və müttəfiqlərinin birgə təlimlərinə qarşı müdafiə qabiliyyətinin inkişaf etdirilməsi və müharibə hazırlıqlarının tamamlanmasını müzakirə etdiyi bildirilib.

Qeyd olunub ki, görüşdə “Amerika imperialistlərinin və Cənubi Koreyanın xain marionetkalarının hücumuna hazırlıqların getdikcə artdığı bir şəraitdə” Koreya yarımadasındakı mövcud vəziyyət müzakirə edilib.