Simonyandan Donbas barədə növbəti sərsəm çağırışbackend

Simonyandan Donbas barədə növbəti sərsəm çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RT kanalının baş redaktoru Marqarita Simonyan Donetskdəki forumda çıxışı zamanı skandal fikirlər səsləndirib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Simonyan Donetski Rusiyaya birləşdirməyə çağırıb.

“Donbasdakı insanlar öz evlərində yaşamaq istəyirlər və bizim böyük Rusiyanın bir hissəsi olmaq istəyirlər. Biz bunu təmin etməyə borcluyuq. Ana Rusiya, Donbası evə götür”, – deyə o bildirib.

Simonyanın Rusiyaya ANA deyə müraciət etməsi sosial şəbəkələrdə gülüş mənbəyinə çevrilib.