Şirkətin pulunu mənimsəyən şəxsə elektron qolbaq taxılıbbackend

Şirkətin pulunu mənimsəyən şəxsə elektron qolbaq taxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənimsəmədə təqsirləndirilən Fariz Orucova hökm oxunub və o 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bu barədə hökm Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

İttiham aktına əsasən, F.Orucov “Trion Trade” MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, 3 sentyabr 2019-cu il tarixdən 15 yanvar 2021-ci il tarixədək olan dövr ərzində şirkətin 15 849 manat məbləğində pulunu mənimsəyib.

F.Orucovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-ci (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.