ABŞ-dən şok addım: BMT ləğv edilir, yerinə…

ABŞ-dən şok addım: BMT ləğv edilir, yerinə…

ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması üçün təsis etdiyi “Sülh Şurası” son zamanlar müzakirələrə səbəb olub. Belə ki, Tramp müxtəlif ölkələri, o cümlədən Rusiya, Türkiyə və Qazaxıstanı bu platformaya dəvət edib.

Ekspertlər hesab edir ki, “Sülh Şurası” hər nə qədər Qəzzanın yenidən bərpası və idarə olunması üçün təsis edilsə də, D. Trampın əsas məqsədi BMT-yə alternativ, yeni qlobal miqyaslı platforma yaratmaqdır.

D. Trampın bu təşəbbüsü realdır? “Sülh Şurası” BMT-nin alternativi ola bilər?

Elmar Məmmədyarov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, “Sülh Şurası” BMT-nin alternativi ola bilməz:

“Ümumiyyətlə, SSRİ dağıldıqdan sonra məlum oldu ki, ABŞ beynəlxalq əlaqələri öz boynuna götürə bilməyəcək. Məhz buna görə də, Rusiya, Çin və AB-nin mövqeləri tədricən gücləndi. Bununla belə, bu gün bir çox beynin mərkəzi düşünür ki, yeni bir sistem yaranmalıdır.

BMT-yə alternativ təşəbbüsləri tez-tez dilə gətirsələr də, fərqli təşəbbüslər irəli sürülsə də, hələlik real nəticə ortada yoxdur”.

“Mən inanmıram ki, bu tezlikdə BMT-yə alternativ sistem yarana bilsin. Məsələyə məntiq prizmasından da baxdıqda, real deyil. Çünki ABŞ Təhlükəsizlik Şurasının daimi üzvüdür. Mövcud sistem bu günə qədər Vaşintonun əlini gücləndirib. Belə olan təqdirdə dəyişikliyin olacağını düşünmürəm. “Sülh Şurası” isə sadəcə Qəzzanın yenidən bərpası və idarə olunması üçün təsis edilib” – deyə E. Məmmədyarov bildirib.

Atilla Rzasoy