ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşüb

ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşüb

Nyu Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşü başa çatıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib”, – deyə məlumatda bildirilib.