ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Haseke əyalətindəki bazalara hərbi və logistika gücləndirmə karvanı göndərib.
NOCOMMENT.az xəbər verir ki, təxminən 100 maşından ibarət iki karvan ABŞ qüvvələrinin Haseke çölündə terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Şeddadi, Rumeylan və Tel Beyder yaşayış məntəqələrindəki bazalarına çatıb.
Havadan vertolyotlarla qorunan konvoylarda olan zirehli maşınlar, maye yanacaq, tankerlər və çoxlu sursat dolu maşınlar.
ABŞ ordusu terror təşkilatı PKK/YPG-nin Haseke çölündə 6, 8, 22, 25 və iyunun 19, 20-də işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvə göndərib.












